“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir


23.12.2024  16:19 

Tünzalə dünyadan köçəndən ona xəyanət etməmişəm





A+  A-

"699 gün oldu... Artıq xatirələr də yavaş-yavaş tərk edir məni. Əvvəldən də yaddaşım elə də güclü deyildi, indi isə tamamilə yoxa çıxıb"

Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb.

O, dünyasını dəyişən xanımını sosial şəbəkə hesabında paylaşaraq bildirib:

“Tünzalənin telefonundan tez-tez özümə zəng edirəm. Bu, məni az da olsa rahatladır. Tünzalənin mənə dediyi sözləri və həmin anı yenidən yaşayıram. Telefonu açanda ilk sözü “eşqim” olurdu. Bəzən eşidirəm ki, kimsə həyat yoldaşından ayrılmaq qərarı alıb. Qəribə həyatdır, mən dünyada olmayan həyat yoldaşımı istəyirəm, ona qovuşacağım günün xəyalını qururam, ailəsi sağ olanlar isə onu dağıtmağa çalışırlar. Allah şahiddir ki, Tünzalə dünyadan köçəndən bu günə kimi ona xəyanət etməmişəm. Qızıma şərəfli ad qoyub gedəcəyəm. O da başı uca gəzəcək”.

Xəbər 4035 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +