“Bir az əvvəl siz aldatdılar“
Baş həkimin ölkədən çıxışına məhdudiyyət qoyulub
İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu
Hikmət Hacıyev Ankaradan paylaşım edib
Artıq bəzi həll yolları var, lakin... - Zaxarova
“Köhnə qvardiya”dan kimlər qalır?
Azərbaycanda ən çox müavini olan nazir kimdir?
İt əsgəri necə xilas edib? - Yaşananlar
Mövqelərimiz Ermənistan tərəfdən atəşə tutulub
BQXK-nin Azərbaycan nümayəndəliyi bağlanır


19.01.2023  16:29 

Bircə o qalıb ki, vətəndaşın şalvarını çıxartsınlar...





A+  A-

“Burda maşın saxlamayın, gəlib cərimələyəcəklər”. Sürücü dostlarımın tez-tez eşitdiyi sözlərdir.

“Burda limon satmaq olmaz. Yığışdır! Yoxsa, bölməyə aparacam”. Bu da limon satan nənələrin tez-tez eşitdiyi sözlərdir.

“Gəl, üst keçidlə gedək, yoxsa, cərimə olunarıq...”

Az-az eşitdiyimiz haqlı iradlardandır.

Qadağalar həyatımızın ayrılmaz parçasına çevrilib. Addımımızı bir az sağa, yaxud sola atan kimi hansısa cəriməni alnımızın ortasına yapışdırırlar.

Kononavirus pandemiyası tüğyan eləyəndə bu ölkədə cərimələnməyən tək-tük adam qaldı. SMS-siz evdən çıxan vətəndaş cərimələndi, maska taxmayan adam cərimələndi, toy-nişan edən valideynlər cərimələndi, hətta cərimələrini gecikdirənlər də cərimələndi...

Yaxın keçmişə aid olduğu üçün o dövrü yaxşı xatırlayırıq: Uşaq evdən çıxmaq üçün valideynindən icazə aldığı kimi, biz də dövlətdən icazə alırdıq. İcazəsiz çıxanda cərimə olunurduq. İş yeri bağlı olan adamın həmin çətin dövrdə cərimə ödəməsi həmişə mənə balığın qumlu səhrada çabalamasını xatırladıb...

Yeni cərimələr gəlir. Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində aparılan müzakirələr bizi yeni “sürprizlərin” gözlədiyini deməyə əsas verir. Deyəsən, bu dəyişikliklərdən biz jurnalistlər də öz “nəsibimizi” alacağıq. Təkzibin müəyyənləşdirilmiş qaydalara uyğun verilməməsinə görə bizi 150 manat cərimə gözləyir. Reytinqi ölçməyə görə nəzərdə tutulan cərimənin məbləği 1500 manatdır. Milli Məclis nəzərdə tutulan dəyişiklikləri təsdiqləsə, təqsirləndirilən şəxslə bağlı işlədilən ehtiyatsız ifadəyə görə 3500 azn cərimə ödəməli olacağıq. Görəsən. Azərbaycanda hansı jurnalist 3500 manat maaş alır ki, ondan bu qədər cərimə tələb olunur?

Bu gün Milli Məclisdə aparılan müzakirələrə həmişə emosionallığı ilə fərqlənən deputat Tahir Kərimli belə reaksiya verib: “Niva”nın arxasında göyərti satan adama necə 1500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi ödəmir, amma ona cərimə yazılmır. Buna inkişaf demək olmaz”.

Mən qaydalarla yaşamağın tərəfdarıyam, bilirəm ki, cərimələr bigəyaşayışımız üçün hava və su qədər lazım olan qaydalara hamının əməl etməsi üçün nəzərdə tutulub. Amma cərimələrin məbləği reallığa əsaslanmalıdır, vətəndaş onu ödəmək üçün şalvarını satmaq məcburiyyətində qalmamalıdır.

Bir dəfə də yazmışdım, dövlətin vəzifəsi vətəndaşı soymaq, yəni soyundurmaq deyil, onu geyindirməkdir...

Seymur VERDİZADƏ
Yenisabah.az

Xəbər 1174 dəfə oxunub.




05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“

05.03.2025  15:55 

Ağzımız hələ isti yerdədi

05.03.2025  14:08 

Prezident İlham Əliyev Ankarada

05.03.2025  12:58 

Sabah hava necə olacaq?

05.03.2025  12:20 

Ruslar daha çox Kurska hücum edir

05.03.2025  12:00 

Hansı müavinətlər artırıldı?


BÜTÜN XƏBƏRLƏR +