“Bir az əvvəl siz aldatdılar“
Baş həkimin ölkədən çıxışına məhdudiyyət qoyulub
İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu
Hikmət Hacıyev Ankaradan paylaşım edib
Artıq bəzi həll yolları var, lakin... - Zaxarova
“Köhnə qvardiya”dan kimlər qalır?
Azərbaycanda ən çox müavini olan nazir kimdir?
İt əsgəri necə xilas edib? - Yaşananlar
Mövqelərimiz Ermənistan tərəfdən atəşə tutulub
BQXK-nin Azərbaycan nümayəndəliyi bağlanır


06.12.2018  16:07 

“Biz də çalışırıq ki, bu sahəni daha da inkişaf etdirək“





A+  A-

Azərbaycan Milli Karate Federasiyasının nümayəndəsi, 18 ilə yaxındır ki, karate müəllimi kimi fəaliyyət göstərən, eyni zamanda Azərbaycan Vadokay Karate klubunun prezidenti, qara kəmər 3-cü dan, respublika dərəcəli hakim Rza Quliyev Azadinform-a müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Rza müəllim tələbələriniz hansı uğurlara imza atıb?

- Tələbələrimin uğurları saymaqla bitmir. Karatenin WST təşkilatının yarışlarında uğurlar qazanıblar. Həmçinin Avropa çempionu olublar, şotakan üzrə Türkiyədə keçirilən yarışlarda dünya mükafatlarına layiq görülüblər. Beynəlxalq turnirlərin qalibləri olublar. Uğur qazanan tələbələrimdən Rusif İsmayılov, Emin Ağcayev, Fəridə Cəfərova kimi tələblərimin adlarını fəxrlə çəkə bilərəm. Fəridə 3 dəfə Azərbaycan mükafatına, daha sonra Türkiyənin Sakarya şəhərində təşkil edilən yarışda beynəlxalq turnir mükafatına layiq görülüb. Emin isə şotakan üzrə Avropa çempionu olub. Qafqaz çempionu, Avropa çempionu olan tələbələrim çoxdur. Azyaşlı tələbələrimdən Bakı çempionu olanlar da var. Türkiyədə Qara dəniz sahillərində təşkil edilən yarışlarda qalib gələn tələbələrimi vurğulamaq istəyirəm. Mənim üçün ən sevindirici hal odur ki, yetirmələrimdən Azərbaycan yığmasında yer alanı da var.

- Bildiyimizə görə azyaşlı tələbələriniz arasında Kərimova Zəhra da var.

- Bəli, Kərimova Zəhra da mənim uğur qazanan tələbələrimdəndir. Bu idman növünə yeni gələn 11 yaşlı Zəhra klublar arası Bakı çempionatında 2 dəfə 1-ci yerə layiq görülüb. Narıncı kəmər sahibidir. Fikrim var ki, onun 12-13 yaşı olanda Respublika Çempionatında iştirakını təmin edim. Əgər Azərbaycan yığmasına daxil olsa orada onunla başqa müəllimlər məşğul olacaq.

- Zəhranın gələcəkdə daha çox nailiyyətlər əldə edəcəyinə inanırsınız?

- Hamımızın yeganə istəyi Azərbaycan bayrağının hər zaman yüksəklərdə dalğalanmasıdır. Ümidimiz var ki, Zəhranın uğurları zaman keçdikcə artsın və o da bayrağımızı ucalara qaldırsın. Bildiyimiz kimi, karate deyiləndə ilk ağla gələn şəxs Rafael Ağayevdir. Biz də çalışırıq ki, bu sahəni daha da inkişaf etdirək.

- Gənclərimizə məsləhətiniz nədir?

- İnsan dünyaya bir dəfə gəlir. Və o, öz gələcəyini cavanlıq, gənclik illərində qurur. Bu baxımdan mənim gənclərimizə tövsiyəm odur ki, onlar hər hansısa bir peşənin, ixtisasın sahibi olmasından asılı olmayaq idman növlərindən biri ilə də mütləq məşğul olsunlar. Onlara can sağlığı, uğurlar arzulayıram!






Xəbər 1770 dəfə oxunub.



05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“

05.03.2025  15:55 

Ağzımız hələ isti yerdədi

05.03.2025  14:08 

Prezident İlham Əliyev Ankarada

05.03.2025  12:58 

Sabah hava necə olacaq?

05.03.2025  12:20 

Ruslar daha çox Kurska hücum edir

05.03.2025  12:00 

Hansı müavinətlər artırıldı?


BÜTÜN XƏBƏRLƏR +