Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.10.2021  12:39 

Yağış, sel, külək... HAVA necə olacaq?





A+  A-

Oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

XəzərNews Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağan yağış nəticəsində saat 08:00 radələrindən Talaçaydan (Zaqatala) sel keçir.

Düşən yağışın miqdarı Zaqatalada 24.0 mm, Balakəndə 21.0 mm, Lerikdə 18.0 mm, Yardımlıda 17.0 mm, Şəkidə 15.0 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 14.0 mm, Oğuzda 12.0 mm, Ağstafada 11.0 mm, Lənkəranda 10.0 mm, Qəbələ, Göygöldə 8.0 mm, Xaltan, Altıağacda 7.0 mm, Astarada 6.0 mm, Ceyrançöl, Daşkəsəndə 5.0 mm, Şəmkir, Mingəçevir, Göyçayda 3.0 mm, Şabran, Ağdam, Nabranda 2.0 mm, Qrız, Qusar, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Tərtər, Bərdə, Yevlax, Kürdəmirdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.

Şimal-qərb küləyi Naftalanda 28 m/s, Salyanda 23 m/s, Gəncədə 20 m/s, Tərtərdə 18 m/s, Hacıqabulda 16 m/s-dək güclənib.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.

Xəbər 2049 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +