Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


01.10.2021  19:54 

Elnarə Dərziyeva Media Tədris Mərkəzi yaradıb





A+  A-

Əməkdar jurnalist Elnarə Dərziyeva Media Tədris Mərkəzi yaradıb.

XəzərNews xəbər verir ki, mərkəz barədə danışan E.Dərziyeva bildirib ki, qurum elə bu gündən fəaliyyətə başlayıb:

“Mərkəzdə medianın müxtəlif sahələri üzrə kadrlar yetişdiriləcək. Jurnalistikaya sevgisi, həvəsi olanlar peşəkarlığı media klanlarından, məşhur simalardan öyrənəcəklər. Nəzəri biliklərdən çox təcrübəyə üstünlük veriləcək. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edə bilər. Sonda xüsusi fərqlənən tələbələrin işlə təmin olunmasında köməklik göstəriləcək.

Təhsil müddəti 4-6 aydır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacaq”.

E.Dərziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mətbuatda çalışır. “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetlərində, “Lider”, ATV telekanallarında işləyib.

2016-ci “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.




Xəbər 2576 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +