Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


07.05.2019  12:21 

Bakının yeni Baş Planının prioritetləri açıqlanıb





A+  A-

"Bakının yeni Baş Planının əsasını 4 əsas prioritet təşkil edəcək”.
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bunu Memarlar İttifaqının İdarə Heyətinin plenumunda Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu prioritetlər Bakının İnkişaf Konsepsiyası əsasında müəyyən edilib və aşağıdakılardır:

Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;
Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;
Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;
Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.
S.Nuriyev əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. Komitə sədrinin sözlərinə görə, insanların Bakını gələcəkdə necə görmək istədikləri barədə əldə edilmiş bu məlumat Baş plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq.

Xəbər 1614 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +