Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


05.05.2019  22:54 

Azərbaycan Xalq Hərəkatı Ali Məclisinin ilk sessiyası baş tutdu





A+  A-

Bu gün Azərbaycan Xalq Hərəkatının Ali Məclisinin ilk məclis-sessiası baş tutub.
XəzərNews.az xəbər verir ki, izdihamlı keçən məclis saat 12:00-da Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Məclisə giriş sözü ilə açan sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov gələn bütün qonaqları salamlayıb. Daha sonra məclis iştırakçılarına söz verilib.

Bir çox partiya nümayəndələrinin, Qarabağ qazilərinin, ictimai-siyasi xadimlərin, AXH rayon şöbələrinin Ali Məclis üzvlərinin iştırak etdiyi məclisdə 2 saata yaxın vaxt ərzində müxtəlif mövzular müzakirə olunub, ölkədəki siyasi durum və problemlərdən çıxış yolları haqqında müxtəlif fikirlər səsləndirilib.

Məclisin ikinci hissəsində AXH-in yeni İdarə Heyəti formalaşıb. İH Ali Məclis üzvlərinin açıq səsverməsi ilə seçilib. Belə ki, AXH-də təmsil olunan partiya sədrləri daxil olmaqla 26 nəfər yeni İH səsvermə ilə qəbul olunub.

Məclisin sonunda sabiq nazir yeni seçilmiş İH üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Xəbər 1480 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +