“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


13.08.2018  09:46 

Tonlarla sarımsaq anbarlarda qalıb - VİDEO





A+  A-

Tonlarla sarımsaq anbarlarda qalıb.
XəzərNews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Cəlilabadlı fermerlər sarımsaq yığımını tam başa çatdırıblar. Ötən illərdə sarımsağın yüksək qiymətə satılması bu məhsulun əkildiyi sahələrinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. Lakin bi il məhsuldarlıq aşağı olub. Bundan əlavə sarımsağa alıcı da tapılmır.

Fermerlərin sözlərinə görə, ötən il kiloqramı 5-6 manata satılan sarımsağa bu il 1 manata da alıcı tapa bilmirlər. Çıxış yolunu da qiymətlər sabitləşənə qədərməhsulu anbarlarada saxlamaqda görürlər. Fermerlər deyirlər ki, anbarlara toplanan məhsulun çəkisində 30-40 faiz azalma baş verir. Bir-neçə ay da belə davam edərsə, anbarlarada qalan məhsul zay olacaq.

Göyçayda da bu il sarımsaq əkini çoxalıb. Ötən il rayon ərazisində 36 hektar sahədə sarımsaq əkilmişdisə, bu il bu rəqəm 74 hektara çatıb. Üstəlik bu il məhsul da bol olub. Lakin bu rayonda da sarımsağa alıcı tapılmır. Ötən il 1 kq sarımsağı sahələrdə 3-4 manata alırdılarsa, bu il qiymətlər 80 qəpiklə 1 manat arasında dəyişir. Bu səbəbdən də fermerlərin əksəriyyəti məhsulu anbarlara yığaraq saxlamaq məcburiyyətində qalıblar.

Məsələ ilə bağlı Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, bölgələrdə sahələrdə qalan kartof və soğanın alınaraq bazarlara çıxarılması ilə bağlı işlər davam etdirilir. Digər kənd təsərrüfatı məhsullarının, eləcə də sarımsağın da yerli bazarlara, yarmarkalara və ehtiyac yarandıqda xarici bazarlara çıxarılması istiqamətində işlər davam etdiriləcək.


Xəbər 1525 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +