Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


19.03.2024  12:04 

200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb





A+  A-

Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Xəzərnews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.

Xəbər 3334 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +