Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı


16.07.2025  11:17 

Nevropatoloq yoxdur, insult xəstələri yollarda qalıb - Şikayət





A+  A-

Bölgələrdə həkim, xüsusilə bəzi ixtisaslar üzrə da peşəkar kadr çatışmazlığı illərdir davam edir. Hər il ATU-nu bitirənlərin sayı artsa da, rayonlarda həkim qıtlığı problemi həll olmur. Həkim qıtlığının mövcud olduğu rayonlardan biri də Masalldır.

Masallı rayonundan olan vətəndaşlar nevroloq müayinəsi üçün Lənkəran Mərkəzi Xəstəxanasına gəlməyə məcbur olurlar. Çünki Masallı xəstəxanasında nevroloq yoxdur.

XəzərNews.az xəbər verir ki, Medicina.az-a açıqlamasında şikayətçi Röyal Həmidov rayon camaatının qarşılaşdığı problemi danışıb.

“Masallı Mərkəzi Xəstəxanasında nevropatoloq yoxdur. Özəllərə getməyə isə maddi vəziyyətim imkan vermir. Məcbur qalıb Lənkəran xəstəxanasına gedirik. Ora da 3-4 rayonun xəstəsi gəlir. O qədər növbə olur ki, həkim qəbuluna düşmək olmur. Axırıncı dəfə orda olanda növbədəkilərin biri Astaradan, biri Cəlilabaddan, digəri Lerikdən gəldiyini dedi. Lənkəranda da cəmi bir həkimdir.

Səhər 6-da kənddən zülümlə xəstəxanaya çatdım, saat 9 idi, növbədə 11-ci adam oldum. 3 nəfər qazi, şəhid ailəsi gəldi, növbə uzandı. Sonra həkimin vaxtı bitdi, 4-5 saat növbədə durub evə qayıtdım, axşam 6-da kəndə çatdım. Adam var ki, 3 gündür gəlib gedir, növbə çatmır”.

R. Həmidov bildirir ki, onurğasında yırtıq, protruziya, başında kista var. Xəstəxanada yatmaq bir yana, normal müalicə ala bilmir. O, bu rayonlarda insult xəstələrinin də başlı-başına qaldığını deyib:

“Özüm bir yana, yaşlı anam insult olub, bir tərəfi işləmir, stasionara yatmalıdır. Poliklinika, xəstəxana diaqnozu, sənədləri düz yazmır, bizi get-gələ salır. Stasionarda yatmalıdır, əlil adamdır, baş həkim deyir, oktyabra yer ola bilər, o da söz vermirəm. Elə bil bunlardan öz evlərində yer istəyirik. Bu insan xəstədir, insult müalicəsi almalıdır, əlillik almaq üçün ildə 1-2 dəfə stasionarda yatışda olmalıdır, evdə özümüzün orda- burda yazdırdığımız müalicələrlə olmur. Anamı necə nevroloqa gətirim?"

Şikayətçi aidiyyatı qurumlardan Masallıya nevroloq göndərilməsini xahiş edib:

"Hər rayona bir nevroloq lazımdır. Bİz müalicələrdən də narazıyıq, hər yerdə süründürməçilikdir. Yaşlı adam elə yollarda, növbələrdə insult olar. İnsanlara bu qədər zülm verməyin”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələlik rəsmi cavab almamışıq. Qurumdan məsələni hələ araşdırdıqlarını bildiriblər.

Xəbər 809 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +