Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


03.04.2025  11:33 

İran rəsmiləri “azərbaycanlı” etnosunu niyə təhqir edirlər? - ŞƏRH





A+  A-

“İranın Ermənistandakı səfiri milliyyətcə fars Möhsün Sübhani Yerevanda 4 İran vətəndaşı olan azərbaycanlının “Qarabağ” mahnısını oxumasına əcaib reaksiya verdi. O, həmin İran vətəndaşı olan azərbaycanlıları “rasist və faşist” adlandırdı. “Onların İran xalqına aidiyyəti yoxdur” dedi. Qarabağ mövzusunun dünyada ən yaxşı bilən dövlətlərdən birincisi İrandır. Çünki bu gün Qarabağ erməniləri İranda qalan Azərbaycan ərazisindən çar Rusiyası vasitəsilə şimali Azərbaycan ərazisinə gətirilib. İran bu faktları açıqlamır, çünki bu əsl həqiqətdir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, bu açıqlansa bütün dünya ictimaiyyəti Qarabağ ermənilərinin mənşəyini dəqiq biləcəklər:

“İrana isə Azərbaycana zərbə vurmaq lazımdır. Təhqir də bu zərbənin bir hissəsidir. M.Sübhani bilir ki, Qarabağ mahnısını oxuyan azərbaycanlılar həm də İranın ali rəhbəri ilə eyni etnosdandırlar. Onu vəzifəyə təyin edən hökumətin əsl səbəbkarı da məhz azərbaycanlılardır. Təxminın 500 il bundan əvvəl azərbaycanlılar Təbrizdə şiəliyi rəsmi dövlət dini elan etdilər. Bu gün M.Sübhani də o dövlətin maaşını alır. O azərbaycanlıların hesabına çörək yeyir və azərbaycanlıları təhqir edir”.

Politoloq qeyd edib ki, M.Sübhani “Azərbaycanın heç vaxt Sünik ərazisi vasitəsilə Naxçıvanla əlaqə saxlamayacağını” bildirir:

“Fars olmasına baxmayaraq bu yanaşma M.Sübhaninin savadsız olduğunun göstəricisidir. O, Sünikin tarixini bilmir, öyrənmək də istəmir. Bəlkə də onun öyrənmək səviyyəsinə çatan intellekti yoxdur. Ona görə türkü, azərbaycanlını təhqir etmək səviyyəsindədir. Bilir ki, Sünik koridoru heç vaxt İrana aid mövzu olmayıb və bundan sonra da aid olmayacaq. İran Sünik koridorundan nə vaxtsa çox böyük zərər çəkəcək, Çin amili ortalıqdadır”.

M.Əhmədoğlu qeyd edib ki, İranda digər bir qrup rəsmi M.Pezeşkiyanın türk sözü işlətməsinə “tülkü” qafiyəsi ilə cavab verdi və bu da İranın ali rəhbərinin ofisinə bağlı olan “Səhər-Azəri” kanalı ilə yayıldı:

“Bu da ali rəhbərə münasibətdir. Əlbəttə, İranın daxilində hakimiyyət oyunları barədə deməyə sözümüz var, demişik. Gələcəkdə də deyəcəyik. Bunların hamısı bütün İran rəsmilərinin gözünün qabağında baş verir. O rəsmilər ki, yuxarıda qeyd etdiyimiz kimi vaxtilə azərbaycanlıların qurduğu dini dövlətin hesabına bu vəzifələrində oturublar”.


Xəbər 2780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +