Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb
Daha 3 itkin şəhid dəfn ediləcək
Ukrayna “Sikorsky S-76A” helikopteri alıb
Hədə-qorxu gəlib pul tələb edən şəxs saxlanılıb
Tbilisidə həbs edilən azərbaycanlı jurnalist azad edilib
Bakıdakı “casus yuvası” yenidən açılacaq?
Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı


02.07.2022  12:13 

Mətbuatda səviyyəsizlik hökm sürür...





A+  A-

Azərbaycanın televiziya məkanı da ciddi islahatlar, mənəvi -əxlaqi təmizləmə tələb edir. Səviyyəsizlik, tərbiyəsizlik baş alıb gedir.

Vaxtilə jurnalistika fakültəsində dəyərli müəllimlərimiz, ustad redaktorlarımız bizə təlqin edirdilər ki, müxbir, aparıcı sıravi vətəndaş deyil. O nəinki özünün yüksək səviyyəsini qorumalı, üstəlik oxucunu, tamaşaçını öz səviyyəsinə qaldırmalıdır.

Jurnalist həm maarifçi, həm də ictimai rəyi formalaşdıran ideoloqur.

Bu gün Azərbaycan mətbuatında bazar münasibətləri, səviyyəsizlik hökm sürür. Sözün həqiqi mənasında hər yoldan ötən tamaşaçını, oxucunu öz düşük səviyyəsinə endirməyə çalışır. Bu bazarda əsas alqı-satqı obyekti isə jurnalistdir.

Azərbaycanda bir neçə kanal istisna olunmaqla qalanları qaraguruh, primitiv təfəkürlü istehlakçı yetişdirməklə, bunu qazanc mənbəyinə çevirməklə məşğuldur. Məgər, Zaur Kamal təkdir?

Qəzetlərdə, tele-radio kanallarında jurnalistikadan, peşə etikasından, əxlaqdan kənar onlarca dələduz var. Məgər bilmirsiniz ki, onların əsas fəaliyyəti özləri kimi səviyyəsiz "sənətçiləri", ara həkimlərini reklam etməklə kanal rəhbərliyinə pul qazandırmaqdır. Deməyin ki, jurnalist təşkilatları bundan xəbərsizdirlər. Sadəcə olaraq, dişsizdirlər.

İndi şərait dəyişib, Azərbaycan mətbuatına süpürgə çəkmək, jurnalistikanın nüfuzunu, ləyaqətini özünə qaytarmaq vaxtıdır.

Araz Qurbanov

Xəbər 1555 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +