Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


21.11.2021  23:44 

Akademikin bu qədər pul, var-dövləti haradandır?





A+  A-

Ey akademik titullu xəlvətcil müftəri!

Hansı pullarla Türkiyənin, dünyanın bahalı klinikalarında müalicəyə gedirsən, üstəlik, özünlə yançılar da aparırsan?!

Hələ sakitcə əyləndiyin Avropanın lüks məkanlarını demirəm. Bu qədər xərci hansı hesabdan çəkirsən?

Sənin eyş-işrət içində üzən övladlarından fərqli olaraq mənim kimilərin uşaqları, yeniyetmə övladları sahə poliklinikalarında şikəst edilirlər. Onlardan biri də mənəm...

Psevdoelmi demirəm, axı sən ölkəyə ziyandan başqa hansı xeyiri vermisən?

Sən de, görüm, qoçularını hansı pullarla yemləyirsən?

Fərqli zövq axtardığın yerdə ehtiyatsızlıq edib büzdüm fəqərəni (lat. os coccygis) zədələmisən. Cəhənnəmə ki!

Bəyəm, sənin büzdüm fəqərən xalqın övladlarının canından önəmlidir?

Gənc övladlarımız öz diyarında normal tibbi yardım görmədən həyatla vidalaşırlar. Sən isə kefindən qalmamaq naminə zədələdiyin büzdümün naminə xalqın qanından yoğrulmuş pulları götürüb qaçırsan xaricə...

Neçə illik fəaliyyətinin nəticəsidir ki, xalq yoxsulluq, qanunsuzluq və ədalətsizlikdən qan ağlayır.

İndi cavab ver görüm, ay həpənd!

Yaman günlü xalqın akademiki niyə bəslənməlidir?!

Ona görə ki, xalqın anasını yaxşı ağladıb düşmənə möhtac edib?!

Ona görə ki, yaltaqlıq, riyakarlıq, məddahlıq edərək xalqını satıb?

Ona görə ki, zərrə qədər də xalqını, dövlətini düşünməyib?!

Heç bir gəlir gətirən kəşfə imza atmamış, xalqın rifahına xidmət etməmiş akademikin bu qədər pul və var-dövləti haradandır?

Bəlkə terror təşkilatlarındandır?

Bəlkə...

Bu pulların mənbəyi bilinməlidir, ya yox?

İdris Abbasov
Professor


Xəbər 8587 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +