Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


22.08.2023  12:08 

16 milyonu mənimsəməkə ittiham edilən Ramin İsayevlə bağlı... - Yeni detallar





A+  A-

Hazırda həbsdə olan, özünü “bacarıqlı iş adamı” kimi qələmə verən Ramin İsayev əslində problemli bir insan kimi tanınır. Haqqında yayılan məlumatlar da göstərir ki, onun əvvəllər də iş yerlərində problemləri olub. Məsələn, Ramin İsayevin əvvəllər çalışdığı iş yerlərindən biri KCA Deutag şirkəti olub.

O, bu şirkətdə region üzrə biznesin inkişafı meneceri vəzifəsini icra edib. Lakin bu vəzifədə ona həvalə edilən tapşırıqları da yerinə yetirə bilməyib. Nəticədə KCA Deutag rəhbərliyi onunla əmək müqaviləsini uzatmamaq qərarına gəlib. Bunu bilən Ramin İsayev KCA Deutag rəhbərliyini təhdid etməyə və hədə qorxu gəlməyə başlayıb.

O, Böyük Britaniya və ABŞ səfirlərinə müxtəlif məktublar göndərib və KCA Deutag şirkətinin Azərbaycandakı rəhbərliyini şərləməyə çalışıb. Hətta şirkətin Azərbaycandakı rəhbərini fiziki güc tətbiq edəcəyi ilə də hədələyib. Sonuncu bu barədə Böyük Britaniya səfirliyinin təhlükəsizlik menecerinə müraciət etmək məcburiyyətində qalıb.

Nəticədə KCA Deutag rəhbərliyi vəkil vasitəsi ilə Ramin İsayevə bildirib ki, onun əmək müqaviləsinin müddəti bitənə qədər işə gəlməsinə ehtiyac yoxdur və müqavilənin müddəti bitdikdən sonra onun əmək müqaviləsinə rəsmi xitam veriləcək.
Bütün bu faktlar Ramin İsayevin necə problemli insan olduğunu bir daha əyani şəkildə ortaya qoyur.

Xatırladaq ki, Ramin İsayev bir müddət öncə həbs olunub. Onun barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi başlanılıb. Ramin İsayev 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ramin İsayevin əsas ittihamı vaxtilə “Baghlan Group” xətti ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən kreditin mənimsənilməsi ilə əlaqədardır./Sabahinfo.az

Xəbər 1425 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +