Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


05.04.2020  12:48 

Dünyada koronavirusa yoluxanların sayı 1,2 milyonu ötüb





A+  A-

Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb. Hazırda 42 324 nəfərin vəziyyəti ağırdır.
XəzərNews.az “Worldometers”ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.

Burada 310 233 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 8 444 nəfərdir.

Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 126 168 yoluxma və 11 947 ölüm. İtaliyada isə 124 632 nəfər yoluxub, 15 362 nəfər dünyasını dəyişib.

Almaniyada 96 092 yoluxma və 1 444 ölüm, Fransada 89 953 yoluxma və 7 560 ölüm, Böyük Britaniyada 41 903 yoluxma və 4 313 ölüm faktı qeydə alınıb.

Çinin materik hissəsində isə indiyə qədər 81 639 nəfərin yoluxduğu və 3 326 nəfərin öldüyü bildirilir. Lakin, hazırda Çində vəziyyət tam stabilləşib və son 24 saat ərzində heç bir yoluxma və ölüm halları qeydə alınmayıb.

Virusun ən çox yayıldığı ölkələrdən biri də İrandır. Burada rəsmi məlumata görə, 55 743 nəfərin testi pozitiv çıxıb, ölənlərin sayı isə 3 452 nəfərə yüksəlib. Türkiyədə son 24 saat ərzində 76 nəfər koronavirusun qurbanı olub. Ümumilikdə ölkə üzrə 23 934 nəfər virusa yoluxub, 501 nəfər dünyasını dəyişib.

Xəbər 1313 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +