Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


08.06.2021  16:58 

Qızını döyüb vatsapda anasına göstərən ata haqda araşdırma başladı





A+  A-

Baş Prokurorluq 9 yaşlı qıza atası tərəfindən işgəncə verilməsi ilə bağlı araşdırmaya başlayıb.
XəzərNews.az-ın məlumatına görə, mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Qafqazinfo”ya bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı M.Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.

Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Məlumata görə, R.Vəliyev və T.Rzayevə qeyri-rəsmi şəkildə 10 il birgə yaşayıblar. İddia olunur ki, T.Rzayeva işgəncələrə dözməyərək Moskvaya gedib, 9 yaşlı qızı isə atası Raufla qalıb.

Xəbər 2375 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +