Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


16.01.2018  11:54 

Qaradağlının qadağa qoyduğu Nura “Qara siyahı”dan çıxdı





A+  A-

ATV-nin eks-prezidenti Vüqar Qaradağlının “qara siyahı”sına düşən müğənni Nura Suriyə qoyulan qadağa aradan qaldırılıb.
XəzərNews.az xəbər verir ki, sənətçi sözügedən kanalın bir neçə verilişinə dəvət edilib.

O, hətta bu gün Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişində qonaq kimi iştirak edib. Nura həmin görüntüləri sosial şəbəkədəki rəsmi səhifəsində yayımlayıb.

Qeyd edək ki, ATV kanalının rəhbəri vəzifədən getdikdən sonra bir çox tanınmış simalar eks-prezidentlə bağlı ittihamlar səsləndirməyə başlamışdılar. Müğənni Nura Suri ATV-nin vitse -prezidenti, eyni zamanda Vüqar Qaradağlının qaynı Rauf Dadaşovun istəyi ilə pulsuz şou-proqramlarda çıxış etdiyini vurğulamışdı.

Suri iddia etmişdi ki, Dadaşovun istəyi ilə toy tədbirləri, restoranlara, şou-proqramlara və dövlət tədbirlərində müğənnilər ödənişsiz çıxış edirlər. Həmçinin,o, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçıların qara siyahıya salındığını demişdi.

Bu açıqlamalardan sonra keçmiş rəhbərə etiraz edənlərin bir qisminə kanalın yeni prezidenti Azər Xəlilov jest edərək onları “qara siyahı”dan çıxarıb.

Xəbər 1713 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +