Müşavir vəzifəsindən azad edildi
Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib


12.11.2021  10:57 

“Hökumət bazarlarda qiymətlərin qalxması üçün kifayət qədər “xidmət“ göstərib”





A+  A-

“Cənab nazir Samir Şərifov deyib ki, ərzaq məhsullarının idxalında və yaxud vergilərində heç bir rüsum qaldırılmayıb. Çox təəssüf ki, insanlar bunu qiymət qaldırılması kimi başa düşüblər, bu yanlışdır. Amma hökumət bazarlarda qiymətlərin qalxması üçün kifayət qədər "xidmət" göstərib”.

XezerNews.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Əvəz Zeynallının “Siyasət meydanı” verilişində çıxışı zamanı deyib.

“Yanacağın, işığın, qazın, suyun, çirkab suların daşınması xərcləri artıb. Nəticədə bazarda da qiymətlər qaldırılıb. Sadə bir rəqəm ifadə edəcəm, 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu 196 manat müəyyən olunub. Təkcə bu dönəmlərdə ərzaq məhsullarının qiymətindəki artıma baxın. Kələm 5 dəfə, kartof 30 % 65 qəpikdən 90 qəpiyə, bitki yağı 100 %, kərə yağı 20 %, çörəyin qiyməti qalxmasa da 100 qram çəkisində azalma baş verib. Həmçinin, mərci 40%, qarabaşaq 50%, un məmulatları 40%, kolbasa məmulatları 30%, süd məhsulları 45%, şəkər tozu 90 qəpikdən 1 manat 35-37 qəpiyə, un 25% yəni 50 kq un 23-24 manatdan 29-30 manata qədər qalxıb. Bütün bunların hamısı təxminən 45% bahalaşma deməkdir. Ötən ilin yaşayış minimumunu dövlət büdcəsində hökumət 196 manat müəyyən edib. Əgər 45% bahalaşma baş veribsə, o zaman hökumət 196 manatın üzərinə il ərzində 88 manat 20 qəpik vəsait əlavə etməli idi. Hökumət yaşayış minimumu təyin edərkən hansı kriteriyaları nəzərə alıb bu çox maraqlıdır. 196 manata 1 vətəndaş gün ərzində 374 qram çörək, 150 qram kartof, 266 qram tərəvəz-bostan məhsulları, 104 qram meyvə, 21 qram balıq və balıq məhsulları, 3 gündən 1 isə yumurta yeyə bilər”.



Xəbər 2158 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +