Müşavir vəzifəsindən azad edildi
Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib


11.01.2018  16:57 

“Geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişməkdədir” - Partiya sədri





A+  A-

“ABŞ-ın Rusiyanın silah sənayesinə qarşı sanksiyaları bu ölkə ilə hərbi-texniki əməkdaşlıq edən ölkələrə də təsir etməkdədir. Bu təsirlər Azərbaycan və Ermənistandan da yan keçməyəcək. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan üçün bu sanksiyaların müsbət tərəfləri də olmamış deyil”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri qeyd edib ki, hal-hazırda Azərbaycan Rusiyanın əsas silah ticarəti tərəfdaşlarından biridir: “Ölkəmiz son illərdə Rusiyadan təxminən 5 milyard dollar civarında silah-sursat, zirehli texnika, raket və artilleriya sistemləri alıb. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan silah ticarətində heç də tamamilə Rusiyadan asılı deyil. Biz Rusiya ilə bərabər, İsrail, Türkiyə, Pakistan, Ukrayna, Belarus və başqa ölkələrdən də müasir döyüş texnikaları alırıq. Üstəlik də, bu ölkələrin bəzilərindən aldığımız elə silahlar var ki, onlar silah sənayesində ən müasir silah nəsli sayılır və bu silahlar hal-hazırda hətta Rusiya kimi nəhəng silah istehsalçısının da ordusunda yoxdur. Bütün bu amilləri nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, ABŞ-ın Rusiyanın silah sənayesinə tətbiq etdiyi sanksiyaların Azərbaycana qətiyyən mənfi təsirləri yoxdur. Əksinə, bu sanksiyalar vasitəsilə Azərbaycan Rusiyadan böyük həcmdə silah alınması öhdəliklərindən birdəfəlik yaxa qurtara bilər. Bu isə yaxın perspektivdə Azərbaycanın təhlükəsizliyi üçün çox önəmli bir faktordur”.

Ə Hüseynovun sözlərinə görə, Ermənistan barədə isə eyni sözləri demək mümkün deyil: “Ermənistan ordusu hal-hazırda tamamilə Rusiyanın hərbi-sənaye kompleksindən (HSK) asılı vəziyyətdədir. Odur ki, ABŞ-ın məlum sanksiyaları Ermənistanın da hərbi-siyasi durumuna birbaşa ciddi təsirini göstərir. Və bu təsirlərin fonunda regionda geosiyasi şərtlər Azərbaycanın xeyrinə dəyişməkdədir”.

Xəbər 2082 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +