Müşavir vəzifəsindən azad edildi
Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib


29.09.2017  15:23 

Məktəblər pullu olmayacaq - Rəsmi açıqlama





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərin pullu olması məsələsinə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilmiş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub.

Bildirilib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində açıq-aydın qeyd edildiyi kimi, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni, daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə (adambaşına) müəyyənləşdirilməsi nəzərdə tutulur.

Xəbər 1095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +