Müşavir vəzifəsindən azad edildi
Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib


01.04.2017  12:42 

Bu yerlərdə pulsuz avtodayanacaqlar olacaq





A+  A-

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək.

Eyni zamanda, 2017-ci ilin aprel-sentyabr ayları ərzində çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktlar hazırlanacaq, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Bu il ərzində Xəzər dəniziinin sahillərində yeni çimərliklərin salınması üçün müvafiq sahilboyu ərazilərin müəyyən edilməsi, model çimərlik layihələri əsasında çirmərliklərin yaradılması ilə bağlı təkliflər hazırlanacaq.

Xəbər 2813 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +