“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


11.09.2019  17:30 

Ərdoğan İmamoğlunu tənqid etdi





A+  A-

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında 29 böyük şəhərin bələdiyyə rəhbərləri ilə görüşüb.
XəzərNews.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, tədbirdə diqqət çəkən məqamlardan biri Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri (İBB) Əkrəm İmamoğlunun adını hallandırmadan onun ünvanına səsləndirdiyi tənqidlər olub.

Belə ki, dövlət başçısı özünün İstanbula başçı seçiləndən sonra orada öncədən çalışan, öz zəhməti hesabına əmək haqqı alan heç kimə toxunmadığını bildirib:

“Heç kimi vəzifəsindən, çörəyindən məhrum etmədim. Vəzifəyə gələndə şəhərin üzərinə çökmüş nəhəng problemlərlə və ən az onlar qədər böyük bir borc yükü ilə rastlaşdım. Problemlərimizi bir-bir həll edib borclarımızı səbrlə ödədim. Nə işçi heyəti, nə avtomobillər, nə də başqa bir şeyə qarşı mübarizə apardım. Bütün vaxtımı şəhərin problemlərinin, xalqın sıxıntılarının həllinə sərf etdim. Bütün bələdiyyə rəhbərlərindən də eyni həssaslığı nümayiş etdirməyi gözləyirəm”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ə. İmamoğlu bir neçə gün öncə ödənişi İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən yüzlərlə məmur avtomobilini Yeni qapı meydanına gətizdirməyə başlayıb.

Xəbər 1623 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +