“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


13.08.2019  11:29 

Feysbukda status yazdı, həbs olundu





A+  A-

ABŞ-ın Florida ştatında Feysbuk sosial şəbəkəsində status yazan 26 yaşlı Riçard Kleyton həbs edilib.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb gəncin yazdığı statusda “Walmart” mağazasını atəşə tutacağı ilə bağlı hədə-qorxu gəlməsi olub.

“Üç gündən sonra mən “AR-15”mi (yarım avtomatik tüfəng – red.) geri alacağam. Gələn həftə “Walmart”a getməyin”, - Kleyton yazıb.

Həmin statusdan sonra 26 yaşlı gənc ştat, Federal Təhqiqat Bürosu (FBI) və yaşadığı Vinter şəhər polislərinin birgə əməliyyatı nəticəsində həbs olunub.

Müstəntiqlər hesab edir ki, Kleyton ekstremizmin tərəfdarı olub və dəfələrlə müxtəlif saxta hesablar vasitəsi ilə hədə-qorxu məzmunlu statuslar paylaşıb.

Xəbər 1105 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +