Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


22.07.2019  09:54 

Almaniya hərbi xərclərini artırır





A+  A-

Almaniya kansleri Angela Merkel ölkəsinin müdafiə xərclərinin artırılacağını bəyan edib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, A. Merkel Berlində hərbçilər qarşısında çıxışında deyib ki, Müdafiə Nazirliyinə vəzifələrini yerinə yetirməsi üçün daha böyük dəstək verilməsi tələb olunur.

Kansler Almaniyanın müdafiə xərclərinin artıq artırıldığını və gələcəkdə də artırılacağını bildirib: "Bu, bizim əsgərlərimiz qarşısında borcumuzdur. Bu, həm də bizim BMT, NATO və Avropa İttifaqı qarşısında borcumuzdur".

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Silahlı Qüvvələrə ayrılan vəsaitin artırılmasını tələb edib. Müdafiə naziri NATO-nun üzv ölkələr qarşısında müdafiə xərclərini ümumdaxili məhsulun (ÜDM) 2 faizi həcminə qaldırmaq məqsədini qoyduğunu, lakin Almaniyanın 2020-ci il büdcə layihəsində müdafiə xərclərinin ÜDM-in 1,37 faizi həcmində nəzərdə tutulduğunu açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Almaniyanı müdafiə xərclərini artırmadığı üçün tənqid edib.

Xəbər 1484 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +