Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.03.2019  20:37 

Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır





A+  A-

“Bakı Metropoliteni”ndə quraşdırma işləri həyata keçirən şirkət qurumu məhkəməyə verib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, metroda təmir və avadanlıqların quraşdırılması işlərini görən “Safe Life” MMC metropoliteni müqavilə üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

Şirkət yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılması ilə məşğul olur. Metronun yeni stansiyalarında bu işləri görsələr də, ödənişdə razılığa gələ bilməyiblər. MMC ödənişin tam həyata keçmədiyini iddia edir.

“Bakı Metropoliteni” isə bu ittihamı qəbul etmir. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda iş məhkəmə prosesində olduğu üçün bundan başqa mövqe bildirmək istəmirlər: “Hər şey məhkəmənin qərarı ilə ortaya çıxacaq”.

İddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq.

Xəbər 1455 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +