“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


24.10.2024  20:24 

Fahrettin Altun: Ölkəmizə qarşı terror təhlükəsi sona çatana qədər mübarizəmiz davam edəcək





A+  A-

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Türk Aerokosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan istehsal obyektində baş vermiş terror aktı ilə bağlı bəyanat verib.

Altun bildirib ki, Türkiyəyə qarşı terror təhlükəsi sona çatana qədər mübarizələri həm sərhəd daxilində, həm də xaricində davam edəcək.

Xəzərnews.az xəbər verir ki, Fahrettin Altun TUSAŞ-da baş verən terror hadisəsi nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. O, bu xain hücumdan sonra müvafiq qurumlar tərəfindən lazımi araşdırmaların aparıldığını vurğulayıb.

“Bir daha xatırlatmaq istərdik ki, sosial media platformaları terror təbliğatına zəmin hazırlayan məzmunlara heç vaxt icazə verməməlidir. Bu platformaların cəmiyyətin rahatlığını və təhlükəsizliyini qorumaq üçün daha məsuliyyətli yanaşması vacibdir. Eyni zamanda media orqanları da terrorla bağlı xəbərləri diqqətlə hazırlayaraq, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etməli, terror təbliğatına həssas yanaşmalıdır. Bu məsuliyyəti dərk etmək terrorizmin yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq. Bütün oxşar proseslərdə olduğu kimi, bu prosesdə də vətəndaşlarımızdan xahiş edirik ki, dezinformasiya fəaliyyətlərinə qarşı həssas olsunlar və yalnız rəsmi mənbələrdən verilən məlumatlara etibar etsinlər. Ölkəmizə qarşı terror təhlükəsi sona çatana qədər həm sərhədlərimiz daxilində, həm də xaricində mübarizəmiz fasiləsiz davam edəcək”, - deyə Altun qeyd edib.



Xəbər 5893 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +