Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video
Baba Rzayev “Azərenerji”dən göndərilir?


11.06.2020  19:36 

Apteklərlə bağlı vətəndaşlara - Müraciət





A+  A-

“Üzümüzə gələn həftəsonu apteklərin çatdırılma vasitəsilə fəaliyyəti nəzərdə tutulur. Vətəndaşlar apteklərə getməyəcək, çatdırılma olacaq”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O, məsələ ilə bağlı vətəndaşlara müraciət edib: “Sahibkarlara tövsiyə edirik ki, çatdırılma pulsuz həyata keçirilsin. Dərman preparatları ilə bağlı xüsusi qeyd etmək istəyirəm ki, sui-istifadə halları olmasın. Biz bir-iki gün qabaqdan, daha öncə də müraciət etdik ki, kimin ki planlı şəkildə gündəlik istifadə etdiyi dərmanlar var, onun tədarükünü əvvəlcədən görsün. Bəzi hallarda təxirəsalınmaz hallar baş verə bilər. Bunu da çatdırılma vasitəsilə həyata keçirmək olar. Planlı şəkildə alına bilən dərmanlarla bağlı müraciət etdikdə hansısa vətəndaşın təxirəsalınmaz bir dərman preparatının çatdırılmasını gecikdirə bilərik. Bu, çox önəmlidir”.

Əlavə edilib ki, ünvana çatdırılma reseptlə alınan dərmanlara aid deyil, bu xidmət yalnız təxirəsalınmaz dərman preparatlarını əhatə edir.

Qeyd edək ki, fəaliyyət göstərəcək apteklərin həmin tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Xəbər 2008 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +