ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


03.04.2017  22:56 

“Aprel döyüşündə əlil olanlara 10 min yardım edilib...”





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da çıxış edib.

O qeyd edib ki, hazırda ölkədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur:

"Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. 2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil, o cümlədən müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib.

2016-cı ildə 445 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub, 271 nəfər Qarabağ müharibəsi əlilinin sosial-məişət problemlərinin həllinə kömək üçün 63 min manat, aprel döyüşləri zamanı əlil olmuş şəxslərə cari ilin yanvar ayında 10 min manat məbləğində birdəfəlik yardım edilib.

Son üç ildə və cari ilin ilk rübündə Respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 935 protez ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni, hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb və buna görə Sizə, hörmətli Mehriban xanım, bir daha dərin təşəkkürümüzü bildiririk".

Xəbər 1756 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +