Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ


12.08.2020  09:26 

“Canavar” və alıcıları saxlanıldı





A+  A-

Şəmkir rayonunda “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı, Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlamaqda şübhəli bilindikləri üçün Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni, “Canavar” ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kənd ərazisindəki həyatyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

Xəbər 1709 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +