Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


06.07.2020  13:50 

Şirkət direktoruna cinayət işi açıldı





A+  A-

“Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi “Fakt Araşdırıcı-N” MMC barəsində də CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Xəbər 1735 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +