Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


10.06.2019  13:58 

Deputatın oğlu məhkəmədə ifadə verəcək





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşsa da, yenidən təzələnib. Müəyyən olunub ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar.

Onların arasında Binəqədi rayon prokuroronun müavini Elgiz Qənizadə də var. E.Qənizadə millət vəkili Çingiz Qənizadənin oğludur.

Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi olan Həsrət Aslanov, polis əməkdaşları Qalib Məhərrəmov və Maşallah Paşayev da sxemə imza atmayıblar. Bu pozuntuya görə adıçəkilən şəxslərin məhkəmədə dindirilərək bu məsələyə aydınlıq gətirilməsinə qərar verilib.

Növbəti prosesdə bu şəxslər dindiriləcək.

İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər 1244 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +