Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


14.11.2023  03:27 

Serj Sərkisyanın növbəti məhkəmə prosesi keçirilib





A+  A-

Külli miqdarda mənimsəmədə ittiham edilən Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın növbəti məhkəmə prosesi keçirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə S.Sərkisyanın vəkili Ruben Akopyan məhkəmədən sonra mediaya açıqlamasında deyib.

O bildirib ki, Sərkisyanın işi üzrə keçirilən bugünkü prosesdə prokuror ittihamla çıxış edib. Sərkisyanın mənimsədiyi vəsaitin geri qaytarılması ilə bağlı mülki iddia da qaldırılıb. Söhbət yarım milyard (489 160 310) dramdan gedir.

Sərkisyanın vəkilləri işlə tanış olmaq üçün 14 gün vaxt istəyiblər.

Qeyd edək ki, Serj Sarkisyana qarşı irəli sürülən ittihamlara əsasən, sonuncunun təşkilatçılığı və “Flash” şirkətinin sahibi Barseq Beqlaryanın təhriki ilə 2013-cü il yanvarın 25-dən fevralın 7-dək olan müddətdə Ermənistan hökumətinin ehtiyat fondundan 15 milyon 391 min 765 litr dizel yanacağı satılıb.

Serj Sarkisyana qarşı mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.


Xəbər 1053 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +