Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


14.12.2022  18:09 

Ermənilərin şərlədiyi türk iş adamının xanımı Mehriban Əliyevaya üz tutdu: “Dörd uşağımın canına and olsun ki…” - VİDEO





A+  A-

Ötən gün fransız firması olan “THALES INTERNATIONAL” şirkətinin Azərbaycanda olan nümayəndəliyinin müdiri olan türk iş adamı Mehmet Şahan Mehmetali oğlunun növbəti məhkəmə prosesi baş tutub.

XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu ilin fevral ayında həbs olunan türk iş adamı Mehmet Şahan “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən təxminən 8 milyon manat pul vəsaitini talamaqda təqsirləndirilir.

Mehmet Şahan Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin 2014-cü ildən 2020-ci ilə qədər Azərbaycandakı nümayəndəliyin direktoru olub. “Thales İnternational Western Counties B.V” şirkəti iddia edir ki, 2014-cü ildən 2020-ci ilə qədər ayırdığı bütün vəsaiti Mehmet Şahan mənimsəyib. Lakin yeddi il ərzində “Thales İnternational Western Counties B.V” şirkəti tərəfindən nümayəndəlik yoxlanmadığı iddia edilib. Ancaq məhkəmə prosesində sözgüdən şirkətin başqa işçiləri baş ofisdən dəfələrlə filiala kimlərinsə gəldiyini bildiriblər.

Vəkil Rübayil Səfərov də məhkəmədə bildirmişdi ki, burada oyun Azərbaycan dövlətinin əli ilə türk vətəndaşını “vurmaqdan” ibarətdir: “Mehmet Şahan Azərbaycan-Fransa münasibətlərinin yaxşılaşdırılması üçün çox çalışıb. “Thales İnternational Western Counties B.V” şirkətinin REHBERİ Fransa Prezidenti Makronla yaxın dostdur. Şirkətin yeni rəhbərliyinin erməni lobbisi ilə yaxın əlaqədə olduğu, Ermənidtanın sabiq prezidenti Armen Sarkisyanla isti münasibətləri şirkətin Azərbaycan siyasətinə mənfi təsir göstərib. Mehmet Şahanın həbsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətinin tərkib hissəsidir.

Son məhkəmə prosesində iştirak edən Mehmet Şahanın həyat yoldaşı Tülay Şahan Yenicag.az-a açıqlamasında ölkə başçısı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın bu məsələni diqqətdə saxlamasını xahiş edib. O, qeyd edib ki, Azərbaycan məhkəməsinin ədalətli qərar verəcəyinə inanır:

“Mənim yoldaşım Azərbaycanda çox işlər görüb. Hətta 2016-cı ildə Fransız səfirliyi tərəfindən göstərdiyi xidmətə görə mükafatlandırılıb. 2018-ci ildə Fransa prezidenti dəyişəndən sonra Makronun dövründə Fransa şirkəti ermənilərin əlinə keçdi. Bundan sonra şirkətdə olan erməni lobbisi və şirkətin Azərbaycandakı ortağının əli ilə həyat yoldaşıma tələ qurdular. Həyat yoldaşımın türk olması ona qarşı tələ qurulmasının başlıca səbəbidir. Həyat yoldaşım günahsız yerə həbs olunub. Mənim dörd övladım var. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, həyat yoldaşıma və övladlarıma qarşı göstərilən haqsızlığa son verilsin, ədalət bərqərar olsun. Mən xüsusilə üzümü Mehriban xanıma tuturam. O bir qadın olaraq mənim dörd azyaşlı uşaqla nə yaşadığımı daha yaxşı təsəvvür edər. Özü kimi bir türk qadınının gözüyaşlı məhkəmə qapılarında ədalət axtarmasına razı olmayacağına inanıram”.

Sözügedən video açıqlamanı təqdim edirik:



Xəbər 1107 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +