İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


09.08.2021  11:05 

Yanğınların Türkiyə iqtisadiyyatına vurduğu zərər açıqlandı





A+  A-

Türkiyədə meşə yanğınlarının ölkə iqtisadiyyatına vurduğu ziyan ilə bağlı ilkin rəqəmlər elan olunub.
XəzərNews.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan olan millət vəkili Çetin Osman Budak sözügedən bu zərərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, turizmlə bağlı zərərlər də daxil olmaqla yanğınların Türkiyə iqtisadiyyatına vurduğu ziyan 300 milyard lirədən çox ola bilər.

Çetin Osman Budak həmçinin bildirib ki, Manavqat bölgəsində turizm sahəsində zərər 100 milyard lirəni ötəcək.

O əlavə edib ki, yanğınlar nəticəsində heydandarlıq və arıçılıq sahələri də zərbə alıb.

Türkiyəli millət vəkili əlavə edib ki, kənd sakinləri tərəfindən toplanaraq satılan aromatik bitkilər tamamən məhv olub:

“Artıq bu bölgələrdə heyvandarlıq və əkinçilik ilə məşğul olmaq çox çətindir”.

Ç. Budak həmçinin yanğından zərər görən yaşayış verləri barədə də məlumat verib: “Antalyada 3136, Muğlada 540 bina yanıb. Bununla yanaşı, Antalyada 78 məhəllə yanğından zərər görüb və bu səbəbdən də 37 məhəllədən 24 000 sakin təxliyyə olunub”.

O meşəlik və tövlə ərazilərinin yanması səbəbindən kəndlilərin başqa ərazilərə köç edə biləcəyi ehtimalını da dilə gətirib.

Xəbər 2281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +