Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


10.04.2021  18:50 

İranda koronavirus məhdudiyyətləri bərpa edildi





A+  A-

İranda koronavirusa yoluxmalar və pandemiya ilə əlaqədar ölümlərin artmasından sonra hökumət məhdudiyyətləri yenidən bərpa edib və yüksək riskli şəhərlərdə iş yerlərinin 10 gün müddətinə bağlanmasına qərar verib.
XəzərNews.az-ın “Anadolu”ya istinadən xəbərinə görə, İranda qeyd edilən Novruz Bayramından öncə 7 min 540 olan yoluxma sayı bu gün 19 min 666 təşkil edib.

Bayramdan əvvəl “qırmızı” kateqoriyadakı şəhərlərin sayı doqquz olduğu halda, bu gün bu rəqəm 257-yə yüksəlib və Prezident Həsən Ruhani dördüncü dalğanın başladığını elan edib.

Bu gündən yüksək riskli olaraq müəyyənləşdirilən “qırmızı” kateqoriyadakı şəhərlərdə tətbiq olunacaq məhdudiyyətlər çərçivəsində çörəkbişirmə müəssisələri, market, qəssab, xəstəxana, aptek və zəruri müəssisələrdən başqa, qalan iş yerləri 10 gün müddətində bağlı qalacaq. Bu müddətdə restoranlar çatdırılma xidməti göstərə biləcəklər.

“Qırmızı” kateqoriyadakı şəhərlərə giriş-çıxışlar qapalı olacaq. Bu kateqoriyadakı şəhərlərə gedənlər cərimələnəcək.

Bundan başqa, gecə 22:00-dan səhər 04:00 aralığında maşınların nəqliyyata çıxışı yasaq olacaq. Bu qaydanı pozanlar bir milyon tümən cərimələnəcək.

Qeyd edək ki, bu gün İranda 19 min 666 yoluxma faktı aşkarlanıb. Bununla ümumi yoluxma sayı 2 milyon 49 min 78-ə çatıb. Bu gün 193 nəfər pandemiyanın qurbanı olub. Beləcə, koronavirusdan ölüm sayı 64 min 232 təşkil edib.

Xəbər 1870 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +