Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


16.10.2019  17:23 

220-yə yaxın cinayətkar Azərbaycana ekstradisiya edilib





A+  A-

Ekstradisiya haqqında qəbul edilən sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, Avropa Şurası tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokol qəbul olunub. Avropa məkanında cinayətkarların təslim edilməsində səmərəliliyin və operativliyin artırılmasına, ekstradisiya prosedurunun müasir dövrün tələblərinə adaptasiya olunmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına, o cümlədən sənədlərin elektron qaydada göndərilməsinə, tranzit prosedurunun sadələşdirilməsinə xidmət edən Protokolun müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

Bununla əlaqədar sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində oktyabrın 15-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

Xəbər 2300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +