Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


24.12.2018  15:07 

Əkizlərdən Dadaşovalara cavab - “Biz soxulcan deyilik…”





A+  A-

“Lalə xanım düz vurğuladı ki, onlar bizdən yaşca çox böyükdürlər. Dediyi sözlərdə doğruluq ola bilər, amma Allah bizi soxulcan yox, insan olaraq yaradıb. Məni kimsə öyrədərək nəyəsə məcbur edə bilməz. Bizim öz ağlımız, başımız, dərrakəmiz var. Mən efirdən kiminsə sözünə qulaq asıb özümdən böyük birinə hörmətsizlik etmərəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Sevil-Sevinc Səfərova “Səhər-Səhər” proqramına qonaq olarkən deyib. Onlar xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşovanın dediklərinə cavab veriblər:

"Sujetə baxan insanlar səhv düşünə bilər ki, qızlar gündəmə gəlmək üçün belə edir. Brilliant xanıma söz atmaqla gündəmə gəlmək istəmirik. Biz mahnılarımız, duet ortaqlarımızla danışılmaq istəyirik. Söz atmamışıq!
Özünüz də bilirsiz ki, şou xarakterli verilişlər var. Həmin verilişlərdə özümü ağıllı aparıb hər şeyə ciddi cavab verə bilmərəm. Elə formatlar var ki, orda zarafat etmək, əylənmək lazımdır.

Bizdən soruşuldu ki, hansı sənətçi öz yaşını gizlədir. Biz demədik ki, bilirik. Dedik ki, eşitmişik. Demədik ki, əminik və gözümüzlə görmüşük.
Burda hörmətsizlik, tərbiyəsizlik yoxdur. Heç kimin insanlığını alçaltmamışıq. Ola bilər Brilliant xanım bizi tanımır. Amma bizim sənətinə, özünə hörmətimiz var. Dəfələrlə oturub çörək kəsmişik, qastrollarda olmuşuq. Mən yenə də Lalə xanımı da, Brilliant xanımı da görəndə qarşılarında baş əyəcəm. Amma şou xarakterli verilişləri bu dərəcəyə gətirmək olmaz. Biz yaşda balacayıq və Brilliant xanıma söz atmaqla gündəmə gəlmək istəmərik”.

Xatırladaq ki, Sevil- Sevinc Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltdığını demişdilər. L. Dadaşova efirdə bacısını müdafiə edərək onları “soxulcan” adlandırmışdı.

Xəbər 1444 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +