Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


27.04.2018  09:05 

Vəzifə almayan məmurlar nə edəcək?





A+  A-

Keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri təyin edilə bilər.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı Azpolitika.az saytı yayıb. Sayt iddia edib ki, R. Həsənov hazırda vurulmuş kadr deyil, onun yenidən hökumətdə yer alacağı gözlənilir. Hətta ən pis halda onun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir: “Ramiz Həsənovun qardaşı Dursun Həsənov Azərbaycanın Gürcüstandakı indiki səfiridir, qayını Elxan Poluxov da uzun illərdir ki, diplomatik xidmətdədir.

Sayt keçmiş nazir Səlim Müslümov haqda da maraqlı xəbər yayıb. Bildirilir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən yolda alıb. Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. “Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı”,- deyə mənbə bildirib.

“Fəaliyyəti geniş əhali qruplarının diqqətində olan S.Müslümov nazir təyin olunduqdan sonra əlilliyin təyinatı və sair sahələrdə müəyyən dəyişikliklər həyata keçirildi. Lakin bunlar rüşvətxorluğun, qeyri-qanuni ödənişlərin qarşısını ala bilmədi. Əvəzində isə həqiqətən əlil olan şəxslərin əlilliyinin təsdiqi prosesi çətinləşdi. Eyni zamanda Qarabağ müharibəsində əlil olan şəxslərin avtomobil, mənzil növbəsinə götürülməsi prosesi, demək olar ki, tamamən dayandırıldı”.

Sayt bildirir ki, DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə verilməsindən sonra S.Müslümovun rəhbərliyi ilə pensiya islahatlarının yeni mərhələsi başladıldı. Bu dəfə tətbiq edilən yeniliklər sayəsində isə həm pensiya yaşı artırıldı, həm də elə qaydalar müəyyən olundu ki, mütəxəssislərin fikrincə, indiki şərtlər daxilində, işləyən hər 100 nəfərdən 35-40 nəfəri ancaq o qaydalar əsasında pensiya ala biləcək.



Xəbər 1410 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +