Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


25.04.2018  12:45 

Əfqan veteranlarının məhkəməsi davam edir





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahid Aydın Vəliyev deyib ki, 2005-ci ildən dəfələrlə torpaq üçün birliyə ərizə ilə müraciət edib: "Bəziləri saxta vəsiqə alıb, amma mən Əfqanıstanda canımı qoymuşam, ikinci qrup əliləm. Cavan Əhmədov mənə çağırıb dedi ki, torpağın sotuna 2500 manat ver, biz buranı pulla almışıq. Mənim də pulum olmadığı üçün heç nə vermədim. Neçə dəfə şikayət etdik, baxan olmadı. Prezident qərar verdi ki, korrupsiyanın qarşısını almaq lazımdı. Ondan sonra bizim işimizə baxıldı".

C.Əhmədov isə şahidi ilk dəfə burada gördüyünü deyib. M.Vəliyev isə A.Vəliyevin onlarla qərəzli olduğunu deyib.

Digər şahid, Qarabağ müharibəsi veteranı Rauf Həsənov deyib ki, qohumu Arzuman Həsənov onun adından torpaq almaq üçün müraciət edib: "Arzuman torpağı alıb başqasına satdı. Amma mənim bu prosesdən xəbərim olmayıb, sadəcə etibarnamə vermişdim. Kiməsə pul verib-vermədiyini bilmirəm".

Məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı verilib.

Proses mayın 2-də davam etdiriləcək.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb.

Xəbər 1668 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +