Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


30.03.2024  11:01 

“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”





A+  A-

“Diaspor nümayəndələri yaşadıqları ölkələrdə ictimai-siyasi mühitdə aktiv iştirak etmələri, o cümlədən həmin ölkələrin media, vətəndaş cəmiyyəti institutları ilə sıx təmaslar qurması müsbət addım olardı”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, diaspor nümayəndələri bu cür münasibətlər vasitəsilə özlərinin fəaliyyətlərini, daha yaxşı təşkilatlanmalarını formalaşdıra bilərlər:

“Bununla da Azərbaycan reallıqlarının həmin ölkələrdə təbliğ olunmasına yardım göstərə bilərlər. İndi bunun üçün geniş imkanlar da var. Əvvəla, internet inkişaf edib. Yəni, bu baxımdan bizim diaspor nümayəndələrinin olduqları ölkələrdə KİV qurumu yaratmaq üçün hansısa prosedurlardan keçmələri üçün böyük vəsait tələb olunmur. Belə deyək ki, onlayn müstəvidə informasiya resursu təşkil edərək yaşadıqları ölkələrin dilində həm öz təşkilatlarının, həm də Azərbaycan reallıqlarının təbliğatını apara bilərlər. Eyni zamanda orada yerli ictimai-siyasi mühitin nümayəndələri ilə də sıx təmaslar qurmaqla bu işi ən yaxşı şəkildə reallaşdırmaq olar”.

M.Ələsgərli qeyd edib ki, bu sahədə müəyyən işlər var:

“Həm II Qarabağ müharibəsinin getdiyi, həm ondan sonrakı dövrdə müəyyən diaspor təşkilatları, eləcə də nümayəndələrinin Azərbaycana səfərləri, bu reallıqları yerində görmələri, o cümlədən yaşadıqları ölkələrin ictimai-siyasi mühitinə çatıdırılması ilə bağlı müəyyən işlərin şahidi olmuşuq. Əlbəttə ki, bu işləri tam yüksək səviyyədə qiymətləndirmək olmaz.

İstədiyimizə nail olmaq üçün hələ də müəyyən işlər görülməlidir. İndi hansısa formada təşəbbüslər ortaya çıxırsa, bu həmin diaspor təşkilatlarının işinə stimul verəcəksə, eyni zamanda onların vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına imkanlar yaradacaqsa, əlbəttə ki, həmin təkliflər müzakirə olunmalıdır. Bu təkliflərdən təqdir olunanı varsa, səmimi şəkildə bu işi görənlər olacaqsa, aqlışlanmalı və onlara dəstək göstərilməlidir. Bu təşəbbüs həm də dünyada təsdiqini tapmış modeldir”.

Xəbər 1292 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +