Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


23.08.2023  13:40 

Sabah 38° isti olacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 31-36° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.

Xəbər 1255 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +