Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


15.07.2022  14:50 

Gömrük Komitəsində nə baş verir? – “Gizli” həbslər...





A+  A-

Hüquq-mühafizə orqanları növbəti dəfə gömrüyün yüksək vəzifəli əməkdaşını həbs ediblər. Məlumata görə, bu, Baş Əməliyyat və İstintaq İdarəsinin rəisi, general Məsum Rəsulovdur.

Lakin rəsmi qurumlar bu barədə məlumat dərc etmir və şərh vermirlər. Bu məlumatların səhihliyini prokurorluqda, Dövlət Təhlükəsizliyi Xidmətində, eləcə də Gömrük Komitəsinin özündə aydınlaşdırmaq mümkün olmayıb.

Məmurun tutduğu vəzifəni nəzərə alaraq, belə məxfiliyi izah etmək çətindir. Eyni zamanda, hüquq-mühafizə orqanları bələdiyyələrin, rayon xəstəxanalarının və ya Mənzil-İstismar idarələrinin işçiləri həbs edildikdə ətraflı məlumat verməyə xəsislik etmirlər. Bununla yanaşı, bütün bunlar korrupsiyaya qarşı uğurlu mübarizənin parlaq sübutu kimi təqdim edilir.

Gömrük Komitəsinə gəlincə, son zamanlar bu qurum açıq-aydın uğursuzluğa uğrayıb. Belə ki, ötən gün Cənub ərazi idarəsinin rəis müavini Əli Cahangirli intihar edib.

İyun-iyul aylarında "Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və yol vergisi şöbəsinin rəis müavini Şükür Səfərov həbs olunublar.

Hüquq-mühafizə orqanları həmin şəxslərin hansı cinayətləri törətdiklərini izah etməyiblər./Turan

Xəbər 1468 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +