Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


19.10.2021  17:24 

Həzrəti Məhəmməd Peyğəmbərin (s) mövlud günüdür





A+  A-

Bu gün, rabiul-əvvəl ayının 12-i (oktyabrın 19-u) Həzrəti Məhəmməd Peyğəmbərin (s) mövlud günüdür. Həzrətin mövludu ilə bağlı fikir ayrılıqları mövcuddur.

Bəzi rəvayətlərə görə, Peyğəmbər rabiul-əvvəl ayının 12-də, bəzi rəvayətlərə görə isə 17-də dünyaya gəlib. O səbəbdən bu günlər “Vəhdət həftəsi” olaraq adlandırıb.

Həzrəti Məhəmməd (s) Allahın göndərdiyi sonuncu peyğəmbərdir. O, miladi təqvimi ilə 570-ci ildə Məkkə şəhərində Qureyş tayfasında dünyaya gəlib. Atası Abdullah ibn Əbdülmütəllib, anası xanım Aminədir.

Altı yaşında ikən Allahın rəsulu atasız və anasız qalır. Həzrətin babası Əbdülmütəllib onu öz himyəsinə götürür. İki il sonra isə babası da vəfat edir və Peyğəmbəri onun əmisi Əbu-Talib böyüdür. 25 yaşında Peyğəmbər Qureyş tayfasından olan Xədicə adlı imkanlı bir qadın ilə evlənir.

Həzrətin 40 yaşı tamam olduqda ona perğəmbərlik verildi. Üç il sonra 613-cü ildə Peyğəmbər İslamı açıq şəkildə təbliğ etməyə başladı. 622-ci ildə Allah Rəsulu Məkkədən Mədinəyə köçərək vəzifəsinə orada davam etdi. Həmin gün İslam təqviminin ilk günü hesab edilir.

Həzrəti Məhəmməd Peyğəmbər (s) 8 iyun 632-ci ildə Mədinə şəhərində vəfat edib.

XezerNews

Xəbər 2574 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +