Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


12.03.2021  08:56 

Avropa Liqasında gecənin nəticələri





A+  A-

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
XəzərNews.az xəbər verir ki, İngiltərə təmsilçilərindən “Arsenal” Yunanıstanda “Olimpiakos”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib. “Tottenhem” isə Londonda Zaqreb “Dinamo”sunu iki cavabsız qolla üstələyib.

Günün maraqla gözlənilən matçında “Mançester Yunayted” evdə “Milan”la qarşılaşıb. “Erkən final” kimi dəyərləndirilən bu qarşılaşmada qalib müəyyənləşməyib.

Kiyev “Dinamo”su “Vilyarreal”ı qəbul edibsə, Donetsk “Şaxtyor”u İtaliyada “Roma”nın qonağı olub. Ukrayna təmsilçiləri bu oyunlarda məğlubiyyətə üzülüb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də olacaq.

Avropa Liqası
1/8 finalın ilk oyunları
11 mart

“Slaviya” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya) 1:1
Qol: Stanku, 7 – Helander, 36.

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) 1:1
Qol: Diallo, 50 – Kyaer, 90+2.

“Dinamo” (Kiyev, Ukrayna) – “Vilyarreal” (İspaniya) 0:2
Qol: Torres, 30. Albiol, 52.

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) 3:0
Qol: Klaassen, 62. Tadiç, 82. Brobbi, 90+2.

“Qranada” (İspaniya) – “Molde” (Norveç) 2:0
Qol: Molina, 26. Soldado, 76.

“Tottenhem” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) 2:0
Qol: Keyn, 25; 70.

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) 1:3
Qol: El Arabi, 58 – Edeqor, 34. Qabriel, 79. Elneni, 85.

“Roma” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 3:0
Qol: Pelleqrini, 23. El Şaaravi, 73. Mançini, 77.

Xəbər 1857 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +