Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


16.04.2020  12:50 

Maşınından 3 kiloqramdan çox heroin çıxdı





A+  A-

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov rayonun Alar kəndi ərazisində idarə etdiyi “Vaz 21014” markalı avtomobillə saxlanılıb.

Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, 1 bağlamada çəkisi 800 qram olan psixatrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1463 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +