Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


17.02.2020  10:56 

İntihar xəbərini eşidən baba aeroportda öldü





A+  A-

Rusiyada azərbaycanlı tələbə Cəmil Verdiyev intihar edib.
XəzərNews.az-ın məlumatına görə, 21 yaşlı gənc Moskva Ali İqtisad Məktəbinin II kursunda oxuyurmuş.

Yaxınlarının məlumatına görə, o, özünü 11-ci mərtəbədən ataraq həyatına son qoyub.

Bildirilir ki, təhlükəsizlik kameralarına düşən kadrlarda Cəmil Verdiyevin özünü yataqxananın balkonundan atmazdan öncə telefonla danışdığı məlum olub. Ekspertizanın ilkin rəyinə əsasən, onun qanında spirt və narkotik maddə aşkar edilməyib.

Baş vermiş faciəvi hadisədən xəbər tutan Cəmilin babası Bakıdan Rusiyaya uçmaq üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına gedib, lakin aeroportda ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, C. Verdiyevin fevralın 13-də 21 yaşı tamam olub.

Xəbər 1439 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +