Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


26.07.2018  12:46 

Sabahın hava PROQNOZU





A+  A-

Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər 1518 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +