Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


31.05.2018  09:07 

Zabit Səmədov Avropa çempionu oldu - Video





A+  A-

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri yekunlaşıb.
XəzərNews.az xəbər verir ki, gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Oyunun 5 raundunda bütün qələbələr Zabit Səmədovun olub. Hər üç hakim qələbəni Səmədova verib - 50:46. Bununla o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” avtomobili də bağışlanıb.

Qeyd edək ki, “Vegas City Hall”da keçirilən görüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib.




Xəbər 2270 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +