Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


25.08.2017  11:48 

600-dən çox bal toplayanlara müraciət





A+  A-

Dövlət İmtahan Mərkəzi 600-dən çox bal toplayan gənclərə müraciət edib.
XəzərNews.az-a daxil olan müraciətdə bildirilir ki, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək.

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.

Xəbər 1456 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +