Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


15.08.2017  15:54 

Bələdiyyə sədrinin müavini 2500 manat cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub.
XəzərNews.az xəbər verir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbər 1595 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +